Bakirəliyini 14 min dollara satmaq istəyən azərbaycanlı qızı zorladılar
Rusiyada bakirəliyini satmaq istəyən 20 yaşlı azərbaycanlı qız zorlanıb.
BAKU.WS-in məlumatına görə, hadisə iyun ayının sonunda Bereznikidə qeydə alınıb. 20 yaşlı azərbaycanlı Prikamye sakiniylə yazışırmış Qız 29 yaşlı kişiyə bakirəliyini 14 min dollara təklif edib və onlar razılığa gəliblər. Kişi qıza təyyarəyə bileti alıb və azərbaycanlı qız Bereznikiyə gəlib. Gənc qızla kişi görüşərək evə yollanıblar.
Kişi və qız razılıq müqaviləsi imzalayıblar. Sonradan qız kişidən bank hesabından çıxarış verməyi xahiş edib. Ancaq kişi pulu ödəməkdən imtina edib və qızı hədələyib. 29 yaşlı kişi qıza rədd ediləcəyi təqdirdə Bereznikidə fahişəliklə məşğul olacağını deyib.
Nəticədə qızla kişi gecəni birlikdə keçiriblər. Kişi cinsi xidmətlərdən başqa qızdan kamera qarşısında poza verməyi tələb edib. Səhər qapını qızın üzərinə bağlayan kişi işə gedib. Bundan sonra zərərçəkmiş qaçmağa qərar verib.
Qız döşəkağılardan kanat düzəldib və binadan aşağı enməyə çalışıb, amma üçüncü mərtəbədən yeri düşüb. Onu təsadüfən yoldan keçənlər tapıb və təcili yardım çağırıblar. Xəstəxanaya aparılan qızın çanaq-bud sümüyünün sındığı məlum olub.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
14 yaşı qızla cinsi əlaqəyə girən azərbaycanlıya 25 il cəza
Türkiyədə azərbaycanlı gənc 25 il müddətində azadlıqdan məhrum edilə bilər. BAKU.WS məlumat verir ki, Əhməd Quliyev adlı azərbaycanlı gənc 14 yaşlı Türkiyə vət...