20 yaşlı azərbaycanlı qızı anasının gözü qarşısında qaçırdılar
Rusiyada yaşayan azərbaycanlı ailənin 20 yaşlı qızını qaçırıblar.
BAKU.WS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Sankt-Peterburq şəhərində baş verib. Bu barədə qaçırılan qızın anası Rusiya polisinə şikayətində bildirib. Qadın bildirib ki, onun gözləri önündə bir neçə kişi qızını zorla maşına mindiriblər. Qadın onlara mane olmaq istəsə də, buna nail ola bilməyib. Qadının şikayəti əsasında həmin şəxslərin axtarışlarına başlanılıb. Axtarışlar zamanı qızın qaçırıldığı avtomobil tapılıb. Avtomobilin Azərbaycan vətəndaşının adına qeydiyyatda olduğu məlum olub. Polis təhlükəsizlik məqsədilə şikayətçinin, qızın və hadisədə şübhəli bilinən şəxslərin kimliyini açıqlamayıb. Faktla bağlı araşdırmalar davam edir. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
16 yaşlı qızı kütləvi şəkildə zorlayıb gözlərini çıxardılar (FOTO)
Argentinanın Çako əyalətində 16 yaşlı qızı kütləvi şəkildə zorlayıblar. BAKU.WS-in məlumatına görə, əyalət camaatı 16 yaşlı qızın şeytan tərəfindən ələ keçiril...