Bakıda qız sevgisi üçün Türkiyəyə qaçdı

Bakıda qız sevgisi üçün Türkiyəyə qaçdı
Hadisə 4211

  Bakıda yoxa çıxan qızın sorağını polis Türkiyədən alıb. Bir neçə gün əvvəl itkin düşməsi ilə bağlı polisdə axtarışa verilən 22 yaşlı qızdan artıq xəbər var. BAKU.WS-in Milli.az saytına istinadən verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan Rəfiqə Məmmədova evdən çıxıb və geri qayıtmayıb. Polisin apardığı araşdırmadan sonra qaranlıq məqamlara aydınlıq gəlib. Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsindən Milli.Az-a bildirildi ki, R.Məmmədovanın Türkiyə vətəndaşı ilə sevgi münasibətləri olub. Ailəsi buna etiraz etsə də, münasibətini davam etdirib. Bir neçə gün əvvəl isə oğlana qoşularaq evdən qaçıb. Hazırda onların Türkiyədə olduğu məlum olur. Qızın barəsində qohumluq əlaqələrinin itirilməsi ilə bağlı axtarış elan olunub. BAKU.WS

Oxşar xəbərlər

Paytaxtda 22 və 18 yaşlı qızlar itkin düşdü

Paytaxtda 22 və 18 yaşlı qızlar itkin düşdü

Bakıda iki qız itkin düşüb. BAKU.WS-in məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Rayonun Bakıxanov qəsəbə sakinləri - 1993-cü il təvəllüdlü Rəf...

1872 Hadisə 15:39 21 avqust 2015

Son xəbərlər