24 yaşlı ananın atıb getdiyi körpələr fəryad edir (VİDEO)

24 yaşlı ananın atıb getdiyi körpələr fəryad edir (VİDEO)
Video
Hadisə 3865

Ucar rayonunun Qaracallı kəndində yaşayan, 24 yaşlı Şəlalə Rüstəmovanın gecə saatlarında naməlum şəkildə evdən çıxaraq  getməsindən ailə üzvlərinin xəbəri olmayıb.

BAKU.WS-in məlumatına görə, gəlinin qaynatası Azər Rüstəmov bildirir ki, gəlin onun mobil telefonunu, həyətdə olan avtomobilin açarını və özünə məxsus qızılları götürərək  evdən qaçıb.

Azər Rüstəmov - qaynata: "Baxdım ki, telefonum yoxdur. Yoldaşımdan soruşdum. O da gəlindən soruşmaq üçün otağına getdi, gördük ki, otağında yoxdur. Evi axtardıq, heç yerdə tapmadıq. İstədim, maşınla gedim küçəyə, amma gördüm ki, maşının açarı yerində yoxdur. Sonra qardaşımla yolboyu getdik, axtardıq, amma görmədik".

Hadisə baş verən gecə ailə ilk olaraq Şəlalənin valideynlərinə xəbər verib. Qaynananın sözlərinə görə, qızının evinə gələn Şəlalənin valideynləri  özlərini  bir qədər şübhəli  və sərbəst aparıblar.

Reyhan Rüstəmova - qaynana: "Anasına zəng elədik. Amma çox soyuqqanlı qarşıladı, elə bil, heç nə olmayıb. Gəldilər bizə, başladıq axtarmağa".

Şəlalənin həyat yoldaşı Arif Rüstəmov Rusiyada olduğundan hadisədən səhəri gün xəbər tutaraq evlərinə geri qayıdıb. Bir-birlərini sevərək ailə qurduqlarını deyən Arif sevdiyi xanımın onu və üç azyaşlı övadını nə vaxtsa ataraq  qaçacağını təsəvvür belə etmədiyini deyir. Onun sözlərinə görə, Şalalənin telefonu olmasa da son bir neçə ayda ailədən gizli telefon işlədib, nömrəni isə qardaşından alıb.

Arif Rüstəmov - Şəlalə Rüstəmovanın həyat yoldaşı: "Bir-birimizi sevərək ailə qurmuşuq. Heç kim bizi məcbur etməyib. Pis-yaxşı dolanırdıq, Rusiyaya gedib-gəlirdim, qazanc üçün. Eşitdim ki, qaçıb, qayıtdım. Südəmər uşaqlarımız var, bütün gün ağlayırlar, dözmək olmur. Uşaqların xətrinə qayıtsın, qəbul edirik".

Bir neçə gün sonra Şəlalə anasına zəng edərək Bakıda olduğunu bildirib. Bütün olanlara baxmayaraq ailə uşaqların xətrinə gəlinin geri qayıtmasını istəyir.

Ucar Rayon Polis Şöbəsindən verilən məlumata görə, ailə tərəfindən  rəsmi olaraq rayon polisinə  müraciət qəbul edilib. Hazırda Azər Rüstəmovun müraciəti əsasında həmin gündən etibarən  rayon polis şöbəsində Şəlalə Rüstəmovanın  barəsində itkin düşmüş şəxs kimi axtarış elan edilib. Ailə üzvləri və rayon polis şöbəsinin əməkdaşları Şəlalə Rüstəmovanı görənlərdən xahiş edir ki, 050-403-61-69 və 055-218-21-21 nömrələrinə zəng edərək məlumat versinlər.

Oxşar xəbərlər

Azərbaycanda 24 yaşlı gəlin 3 uşağını ataraq evdən qaçdı (FOTO)

Azərbaycanda 24 yaşlı gəlin 3 uşağını ataraq evdən qaçdı (FOTO)

Ucar rayonunda gənc ana üç körpəsini evdə qoyaraq qaçıb. BAKU.WS-in məlumatına görə, rayonun Qaracallı kəndində yaşayan 24 yaşlı Şəlalə Rüstəmova gecə saatları...

9783 Hadisə 12:34 19 avqust 2015

Son xəbərlər