Bu məktəblər TƏMİR OLUNACAQ - 5,2 milyon manat ayrıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda bir sıra təhsil müəssisələrində, eləcə də müvafiq inzibati binada təmir və kommunal-kommunikasiya işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
BAKU.WS-in məlumatına görə, təmir işləri Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən həyata keçirləcək.
Layihənin ehtimal olunan dəyəri 5 milyon 227 min manat müəyyən edilib. İşlər respublikanın bir neçə təhsil müəssisəsini əhatə edir.
Təmir işləri görüləcək təhsil ocaqları arasında Bakı şəhəri 8 nömrəli sanatoriya tipli internat məktəbi, Nizami rayonundakı 3 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbi, Qaradağ rayonunda yerləşən Emin Quliyev adına 9 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, Binəqədi rayonundakı İctimai iaşə üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və 259 nömrəli məktəb-liseyi də var.
Qeyd edək ki, internat və xüsusi təhsil müəssisələrində infrastrukturun saz vəziyyətdə saxlanılması burada yaşayan və təhsil alan uşaqların gündəlik şəraitinə birbaşa təsir göstərəcək. Nəzərdə tutulan işlər təhsil mühitinin yaxşılaşdırılması və mövcud binaların uzunmüddətli istifadəsinin təmin edilməsi baxımından əhəmiyyətli olacaq.
Oxşar xəbərlər
Sumqayıtda yol çöküb
Sumqayıt şəhərində kanalizasiya xəttində baş verən qəza yolun çökməsinə səbəb olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli...