Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuzda 24 yaşlı qadın kafenin qarşısında bıçaqlanıb, hadisənin bəzi təfərrüatı məlum olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Tovuz rayon sakini, 2002-ci il təvəllüdlü Səbinə Rəşad qızı Məmmədli Qovlar şəhərində fəaliyyət göstərən kafelərdən birinin qarşısında mübahisə zəminində bıçaqlanıb.
Qadın Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyata alınıb. Hamilə olduğu da bildirilən qadının vəziyyəti ağır qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin qadının qardaşı, 2007-ci il təvəllüdlü Ərşad Rəşad oğlu Məmmədli olduğu bildirilir.
İlkin məlumata görə, o, şəxsi münasibətlər zəminində bacısının bel nahiyəsinə bıçaqla bir zərbə endirib.
Şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, hər iki şəxs Tovuz rayonunun Düz Cırdaxan kəndində qeydiyyatdadır.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin foto və video görünt...