Ucarda hamı bu qadını axtarır (FOTO)

Ucarda hamı bu qadını axtarır (FOTO)
Hadisə 4660

Ucar rayonunun Qaracallı kəndində 24 yaşlı adın yoxa çıxıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, kənd sakini Şəlalə Adəm qızı Rüstəmova cari il iyulun 31-də evdən xəbərsiz getmiş və bir daha geri qayıtmayıb. Onun xarakterik əlamətləri belədir: boyu 164 sm, qara uzun saçlı, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxarkən əynində göy cins şalvar, qara kofta olub. Şəlalə Rüstəmovanı itkin düşdükdən sonra görənlərdən və barəsində məlumatı olanlardan nazirliyin 102 Xidmətinə, həmçinin (050) 471-00-10 və ya Ucar rayon polis şöbəsinə (02021) 3-15-85 nömrəli telefonlara zəng vuraraq məlumat vermələri xahiş olunur. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bakıda uşaq bağçasında kişi meyiti tapıldı (FOTO)

Bakıda uşaq bağçasında kişi meyiti tapıldı (FOTO)

Bakıda uşaq bağçasında kişi meyiti tapılıb. BAKU.WS-in məlumatına görə, meyit 264 saylı bağçanın həyətində aşkarlanıb. Meyitin 35-40 yaşlarında bir şəxsə məxsu...

2862 Hadisə 12:50 15 avqust 2015

Son xəbərlər