Fəzail Ağamalının köməkçisinin ölümü ilə nəticələnən qəza barədə rəsmi məlumat (VİDEO)

Fəzail Ağamalının köməkçisinin ölümü ilə nəticələnən qəza barədə rəsmi məlumat (VİDEO)
Video
Hadisə 2277

Daxili İşlər Nazirliyi deputat Fəzail Ağamalının köməkçisinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.   BAKU.WS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 11-də saat 11 radələrində Salyan rayonunun Xıdırlı kəndində Neftçala rayon sakinləri Əli Rəsulovun idarə etdiyi "QAZ-3302” (yük) və Ulduz Sadıqovun idarə etdiyi "Opel” markalı avtomobillər toqquşub.   Nəticədə U.Sadıqovun sərnişinlərindən Həsənbala Həsənov hadisə yerində ölüb, digər 2 sərnişin xəstəxanaya yerləşdirilib.   Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.   Qeyd edək ki, qəzada dünyasını dəyişən H. Həsənov deputat F. Ağamalının köməkçisi olub. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər