Yasamalda yanğın baş verdi (VİDEO)

Yasamalda yanğın baş verdi (VİDEO)
Video
Hadisə 1573

  Bakının Yasamal rayonunu qara tüstü bürüyüb. BAKU.WS-in məlumatına görə, hadisə "Vital" Klinikanın yerləşdiyi binaya yaxın ərazidə baş verib. Bəzi kütləvi informasiya vasitələrində klinikanın binasının yandığı yazılsa da sonradan rəsmi qurumlar məlumatı təkzib edib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əslində bina yanmır. Binanın yaxınlığındakı məişət tullantıları yanır. Zibilin içərisində təkər və plastmas əşyalar olduğu üçün alovdan qara tüstü çıxıb. Məlumat daxil olan kimi hadisə yerinə 3 yanğınsöndürən maşın gedib və qısa zamanda yanğının qarşısı alınıb. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər