18 yaşlı qız barda işləmək üçün evdən qaçdı
Bakıda pul qazanmaq üçün işlədiyi yer qızı evindən didərgin salıb. BAKU.WS-in Milli.az-a istinadən verdiyi məlumata görə, səbəb isə valideynlərinin təzyiqinə dözə bilməməsidir. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 18 yaşlı Nərmin İsmayılova evdən yoxa çıxıb. Hazırda onu polis axtarır. Sabunçu polisi xəbər verib ki, N.İsmayılova Bakıda barlardan birində işləyir. Vaideynləri onun işdən çıxamasını istəsələr də, qız buna etiraz edib. Məhz bu məsələyə görə, o, evdən bir neçə dəfə qaçıb. Polis tərəfindən tapılaraq valideynlərinə təhvil verilib. Yenidən polislər eyni problemə görə qızı axtarmalı olub. N.İsmayılova yenə evdən qaçıb. Hazırda axtarışlar getsə də, Nərmin hələ də tapılmayıb. BAKU.WS
Oxşar xəbərlər
Evdən qaçan 24 yaşlı gəlin: "3 uşağımdan imtina edirəm"
İyulun 31-i Ucar rayonunun Qaracallı kəndində evdən qaçan 24 yaşlı Şəlalə Adəm qızı Rüstəmova tapılıb. BAKU.WS xəbər verir ki, Ucar rayon Polis İdarəsindən an...