Bakıda 13 yaşlı qızı evlənmək üçün qaçırdılar
Bakının Sabunçu rayonunda yetkinlik yaşına çatmayan qızı qaçırıblar.
Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsindən BAKU.WS-ə verilən məlumata görə, Maştağa qəsəbəsində yaşayan 41 yaşlı qadın bu barədə polisə şikayət edib. Qadın şikayətində bildirib ki, 13 yaşlı qızını qaçırıblar. Onun evlənmək məqsədilə qaçırıldığı bildirilir. Hazırda qızın axtarışları davam edir.
APA-nın əldə etdiyi məlumata görə, qəsəbə sakini 2002-ci il təvəllüdlü H.H. naməlum şəxs tərəfindən "VAZ-2107” markalı avtomobillə qaçırılıb. Hazırda polis hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində tədbirləri davam etdirir.
Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakıda polis əməkdaşı maşınla yol polisini vurdu
Bakıda polis əməkdaşı idarə etdiyi maşınla yol polisini vurub. BAKU.WS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 23-də saa...