Bir qığılcım faciəyə səbəb ola bilər: Bakıda yataqxanada təhlükəli vəziyyət
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Yasamal rayonu, İnşaatçılar prospekti, 5 ünvanında yerləşən yataqxananın sakinləri çətin şəraitdə yaşadıqlarını bildirirlər.
BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, ötən əsrin 50-ci illərində inşa edilən binanın daxili hissəsi qəzalı vəziyyətdədir.
Elektrik naqilləri açıq vəziyyətdədir. Sanitar qovşağında yaranan problem səbəbindən çirkab sular mənzillərə axıb. Hazırda binanın zirzəmisinin də su ilə dolu olduğu bildirilir.
30 ildən artıqdır həmin binada yaşayan sakinlər nəmişlikdən, üfunət qoxusundan və kommunal problemlərdən əziyyət çəkdiklərini deyirlər.
"30 ildir bu binada yaşayıram. Həm işıq pulu verirəm, həm də zibil pulu. Buna baxmayaraq, yaşayış şəraitimdən razı deyiləm. Dünən hamamda az qala məni elektrik cərəyanı vuracaqdı. Çünki naqillər düzgün işləmir", - deyə sakinlərdən biri bildirib.
Onların sözlərinə görə, binanın yalnız fasad hissəsi təmir olunub, daxili hissəsində isə əsaslı təmir işləri aparılmayıb.
Sakinlər aidiyyəti qurumlardan binanın vəziyyətinin araşdırılmasını və mövcud problemlərin aradan qaldırılmasını istəyirlər.
Oxşar xəbərlər
Salyanda ağır qəzada ölən şəxslərin fotoları
Bu gün Salyanda rayonunda baş vermiş ağır qəzada Sabirabad rayon, Muğangəncəli kənd sakinləri - 1969-cu il təvəllüdlü Ələkbər Gülhəsən oğlu Həsənov və 1973-cü i...