"Qədim daş, müasir yaddaş" və "Məsuliyyət radiusu" layihələri təqdim olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Daş Salnamə Muzeyində rəssam, heykəltaraş Orxan Nəbizadənin "Qədim daş, müasir yaddaş" və Elvin Nəbizadənin isə "Məsuliyyət radiusu" adlı layihələri təqdim olunub.
BAKU.WS xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva tədbirdə iştirak ediblər.
"Qədim daş, müasir yaddaş" layihəsi Qobustanın qədim qayaüstü təsvirlərindən ilhamlanaraq ərsəyə gətirilib. Heykəltəraşlıq nümunələrində Qafqaz bəbiri, ceyran, boz canavar, qonur ayı və şah qartalı təsvir olunub. "Məsuliyyət radiusu" adlı layihədə isə insanın vəhşi təbiətə münasibəti interaktiv formada təqdim edilib.
Qalereya
Oxşar xəbərlər
Mətbuat Şurasının sədri jurnalistə qarşı zorakılığa münasibət bildirdi
Azərbaycan Mətbuat Şurasının sədri Vüqar Zifəroğlu APA TV-nin müxbiri Sənan Bəhrəmliyə qarşı törədilmiş zorakılıqla bağlı açıqlama yayıb. BAKU.WS həmin açıqlama...