Araz Ağalarov: "Əgər vaxtı geri qaytarsaydılar..."

Araz Ağalarov: Əgər vaxtı geri qaytarsaydılar...
Şou-biznes 2170

 

"Mən həmişə idmanla məşğul olurdum. Ancaq 40 yaşımda anlamağa başladım ki, formanı tədricən itirirəm. Qərar verdim ki, idmanla məşğul olmalıyam. Mənim seçimim tennis oldu. Birinci məşqdən sonra vəziyyətim pisləşdi. Tanış kardioloqdan maraqlandım və o dedi ki, mənim üçün belə gündəlik yüklənmələr arzuedilən deyil". 

BAKU.WS-in məlumatına görə, bunu "Crocus Group" şirkətinin prezidenti Araz Ağalarov söyləyib. Onun sözlərinə görə, növbəti oyuna həkimdən reanimasiya avadanlıqlarını götürməyi xahiş edib və həkimi korta dəvət edib: "Mən oynayacağam, amma sənin işin əgər nəsə olsa, məni çətin vəziyyətdən çıxartmaq olacaq", - deyə azərbaycanlı milyarder həkiminə söyləyib.

Məşqdən sonra həkim kardioqrama edib və Ağalarova elə də ciddi problemlər olmadığını bildirib. O vaxtdan Araz Ağalarov tennis oynamağa başlayıb: "Mən gündə iki-üç saat tennislə məşğul oluram və hazırda yaxşı oynayıram. Tennislə yanaşı, boksla da məşğul olmağa çalışıram. Boksda fiziki hazırlıq çox əhəmiyyətlidir. Burada ayaqlar və əllər işləyir. Mənim məşqçim peşəkar boksçu Çingiz Rzayevdir. Adətən biz onunla 2 dəqiqəlik 12 raund keçiririk. Əsl boks altıncı-yeddinci raunddan sonra başlayır".

Azərbaycanlı milyarder boksda rəqibi aldatmaq lazım olduğunu, amma biznesdə başqa prinsiplərlə çalışdığını bildirir: "Boksla mən artıq on ildən çoxdur ki, məşğul oluram. Adətən məşqçiylə döyüşürəm. Mənim oğlum Emin də bəzən məşq edir, amma oğlumla döyüşməmişəm. Öz məşqlərimdə indi boksu, tennisi, üzgüçülüyü və futbolu kombinasiya edirəm.

İş adamı idman növləri arasında ən çox futbolu sevdiyini söyləyir: "Əgər vaxtı geri qaytarsaydılar və kim olmaq istədiyimi soruşsaydılar, şübhəsiz ki, peşəkar futbolçu olmaq istəyərdim. Futbol unikal oyundur. Uşaqlıqda mən lap çox futbol oynayırdım. Mənə bu oyunu küçədə öyrədirdilər. Bir qayda olaraq, mən müdafiəyə oynayırdım, amma bütün meydançada qaçırdım".

Şahin Həbibov

BAKU.WS

Son xəbərlər