Emin Ağalarov: “Evlənməyə vaxtım yoxdur” (FOTO)

Emin Ağalarov: “Evlənməyə vaxtım yoxdur” (FOTO)
Şou-biznes 3273

  Bu ilin may ayında Leyla Əliyeva ilə rəsmi boşandıqları barədə məlumat yayıldıqdan sonra Emin Ağalarov növbəti dəfə ailə quracağı ilə bağlı məsələyə münasibət bildirib. 

BAKU.WS-in Star.hit saytına istinadən verdiyi məlumata görə, Emin Ağalarov hələlik şəxsi həyatı barədə düşünmədiyini deyib.  "Mən hələlik şəxsi həyatım barədə düşünmürəm. Ailə qurmağı planlaşdırmıram. Çünki buna hələlik vaxtım yoxdur. Hələ karyeram barədə düşünürəm. Vaxtımı övladlarımı tərbiyə etməyə və böyütməyə sərf edəcəyəm”, - deyə Emin Ağalarov bildirib. Tanınmış müğənni Azərbaycan Prezidentinin qızı Leyla Əliyeva ilə boşandıqdan sonra da yaxşı münasibətdə olduğunu bildirib: "Biz dost münasibətdəyik. Baxmayaraq ki, boşandıq, amma bir-brimizə olan hörməti qoruyub-saxlamışıq”. 

Tanınmış müğənni vaxtı çatanda yenidən ailə həyatı qurmaq barədə düşünəcəyini də istisna etməyib. Xatırladaq ki, Leyla Əliyeva və Emin Ağalarov 30 aprel 2006-cı ildə evləniblər. Onların 2008-ci il dekabrın birində Əli və Mikayıl adlı əkiz övladları dünyaya gəlib. Tanınmış cütlük 2015-ci ilin 31 may tarixində boşanıblar. Ziya Səccad BAKU.WS  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Oxşar xəbərlər

Sevil Əliyeva: "Mən Heydər Əliyevin iqamətgahında qalıram" (FOTO)

Sevil Əliyeva: "Mən Heydər Əliyevin iqamətgahında qalıram" (FOTO)

Ötən gün ümummilli lider Heydər Əliyevin qızı, Azərbaycan prezidentinin bacısı Sevil Əliyeva Bakıya gəlib. BAKU.WS-in məlumatına görə, bu haqda haqqin.az-a aç...

3513 Şou-biznes 09:30 06 sentyabr 2015

Son xəbərlər