Sevil Əliyeva: "Mən Heydər Əliyevin iqamətgahında qalıram" (FOTO)

Sevil Əliyeva: Mən Heydər Əliyevin iqamətgahında qalıram (FOTO)
Şou-biznes 3508

Ötən gün ümummilli lider Heydər Əliyevin qızı, Azərbaycan prezidentinin bacısı Sevil Əliyeva Bakıya gəlib.

BAKU.WS-in məlumatına görə, bu haqda haqqin.az-a açıqlamasında Sevil Əliyevanın özü bildirib.

"Çoxdandır valideynlərimin qəbirinə baş çəkməmişdik. Yeni Bakının gözəlliyinə baxmağı çox istəyirdik. Biz atamın yaşadığı iqamətgahda qalırıq. O həmişə bizi aşağıda qapıda qarşılaşırdı. Bu an həmişə mənim gözlərimin qarşısındadır. Bu ev atamla çox bağlıdır. Onu sonuncu dəfə buradan yola salmışıq", -  deyə S.Əlieva deyib.

Mərhum prezidentin qızı Bakıya uşaqları ilə birlikdə gəlib: "Mən bura uşaqlarla gəlmişəm. Onlar Bulvarı gəzdilər, zooparka getdilər və sonra şəhəri gəzdik. Çoxlu şəkil çəkirəm. Yeri gəlmişkən, çox insan məni tanıyır və şəkil çəkdirməyi xahiş edirlər".

Sevil Əliyevin sözlərinə görə, o Bakıya bir neçə günlük azad insan kimi gəlib.

Xatırladaq ki, S.Əliyeva son illər uşaqları ilə birlikdə Londonda yaşayırdı.

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyevin dayəsilə fotoları yayıldı (FOTO)

İlham Əliyevin dayəsilə fotoları yayıldı (FOTO)

Mərhum prezident Heydər Əliyevin ailəsinin növbəti arxiv fotoları yayılıb. BAKU.WS məlumat verir ki, şəkilləri Sevil Əliyeva şəxsi Instagram hesabında paylaşıb...

4484 Şou-biznes 12:13 04 sentyabr 2015

Son xəbərlər