Qonorarlarının azaldılmasına ETİRAZ ETDİLƏR

Qonorarlarının azaldılmasına ETİRAZ ETDİLƏR
Foto
Şou-biznes 0

Türkiyədə televiziyaların reklam gəlirlərinin azalması serial sektorunda gərginliyə səbəb olub. Yaranan maliyyə problemləri aktyorların qonorarları ətrafında yeni müzakirələr yaradıb.

BAKU.WS xəbər verir ki, serial sektorunda aktyorlardan qonorarlarını azaltmaları tələb olunub. Aktyorlar isə buna etiraz ediblər.

ATV-nin "Altı Üstü İstanbul" serialında rol alan İlker Aksum qatıldığı film qalasında sektordakı problümlə bağlı sualları cavablandırıb.

Aktyorlardan qonorarlarında endirim etməyin doğru olub-olmadığı soruşulduqda, o, "Tələb edilməməlidir, tələb olunsa belə, edilməməlidir" cavabını verib.

Serialın gələcəyi barədə də danışan İlker, "Seriallar arasında böyük rəqabət gedir, görünür, biz davam edirik" deyə bildirib.

Qonorarlarının azaldılmasına ETİRAZ ETDİLƏR

Aktrisa Özge Özpirinçci də sektordakı iqtisadi çətinliklərə reaksiya verib.

O problemin yalnız baş rol aktyorlarının qonorarlarından imtina etməsi ilə həll oluna bilməyəcəyini vurğulayıb.

Sektorun minlərlə insana iş yeri yaratdığını xatırladan aktrisa "Bu, sadəcə maqazin mövzusuna çevriləcək məsələ deyil. Minlərlə insanın çörək pulu qazandığı bir sahədir" deyə qeyd edib.

Qonorarın endirilməsinin çıxış yolu kimi təqdim olunmasına qarşı çıxan Özpirinçci, "Bunun yalnız baş rolların endirim etməsi və ya gələn mövsüm maaş artımı istəməməsi ilə həll olunacağını düşünmürəm. Edilən güzəşt kimi qələmə verilməsini də doğru hesab etmirəm" deyə vurğulayıb.

Qonorarlarının azaldılmasına ETİRAZ ETDİLƏR

Aktrisa Hazar Ergüçlü də məsələyə biganə qalmayıb.

"Aktyorların qonorarını güzəştə getməsi problemləri kökündən həll edərmi, bilmirəm. Bu problem uzun müddətdir mövcuddur, sadəcə dilə gətirilmirdi. Artıq görünür, həddi aşmışıq, bazar çox çətin vəziyyətdədir" -deyə o qeyd edib.

Qonorarlarının azaldılmasına ETİRAZ ETDİLƏR

Aktrisa Asena Tuğal isə "Aktyor buradakı son halqadır, danışılmalı çox məsələ var. Mövzu uzundur, baş rol ifaçılarının aldığı pul olduqca azdır. Digər aktyorlar isə çox çətin vəziyyətdədirlər. Tələblərimiz isə hələ də nəzərə alınmır" deyə qeyd edib.

Qonorarlarının azaldılmasına ETİRAZ ETDİLƏR

Aktyor Kaan Urqancıoğlu da vəziyyətə münasibət bildirib.

"Bu vəziyyətin aradan qalxmasını gözləyirəm. Çəkiliş meydanındakı aktyorlar üçün çətin anların yaşandığını bilirəm. Ümid edirəm ki, hər şey tezliklə düzələr" -deyə o qeyd edib.

Qonorarlarının azaldılmasına ETİRAZ ETDİLƏR

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər