İcra başçılarının yerdəyişməsi ilə bağlı rəsmi açıqlama
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakıya, Nizami rayon icra başçısı vəzifəsinə gətiriləcək. BAKU.WS-in məlumatına görə, Sumqayıt şəhər İcra Hakimiyyətinə isə Abşeron rayon İcra başçısı Zakir Fərəcov gətiriləcək. Bildirilir ki, Zakir Fərəcov əvvəllər də Sumqayıt şəhər İcra hakimiyyətində çalışıb və çoxdandır bu vəzifəyə getmək istəyirmiş. Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncam verəcəyi bildirilir. Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti Sosial-iqtisadi məsələlər üzrə müavin Sahib Quliyevlə əlaqə saxladıq. Sahib Quliyev BAKU.WS-ə bu barədə söz-söhbətlərin gəzdiyini təsdiqləsə də hələlik rəsmi heç bir sənəd olmadığını bildirib.
"Bununla bağlı cənab prezidentin sərəncamı yoxdur. Hələlik biz də heç nə bilmirik”, - deyə Sahib Quliyev bildiridi. Məsələ ilə bağlı Abşeron rayon icra başçısınn müavini Fuad Cəbrayılov BAKU.WS-ə bildirdi ki, hazırda Zakir müəllim Abşeron rayonunda icra başçısıdır. "Hazırda Zakir Fərəcov işinin başındadır. Bununla bağlı heç bir sərəncam çıxmayıb. Biz bu barədə ancaq internetdən oxumuşuq. Gözləyək”, - deyə Fuad Cəbrayıl vurğuladı. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Prezident yeni icra hakimi təyin etdi
Azərbaycan prezidenti İlham Əliyev yeni icra hakimi təyin edib. BAKU.WS-in məlumatına görə, ölkə başçısı bununla bağlı sərəncam imzalayıb. Sərəncamda deyili...