Hacı Nuran Leyla Əliyeva ilə yeni fotosunu paylaşdı
Uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı Hacı Nuran Hüseynov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə yeni fotosunu paylaşıb.
BAKU.WS xəbər verir ki, aparıcı "İnstagram” bloqunda şəkli yerləşdirərək, L.Əliyevaya ona etdikləri üçün təşəkkürünü bildirib:
"Bu gün ölkəmdə olmasam da, onunla fəxr edən sadə bir vətəndaş kimi ürək sözlərimi bölüşmək istədim. Çətin vaxtımda mənə etdikləri yaxşılığa görə tanıdığım və tanımadığım hər kəsə bir daha təşəkkür etmək istəyirəm.
Həmçinin tarixi, mədəniyyəti və siyasəti ilə fəxr edəcəyimiz ölkəmizin Leyla Əliyeva kimi bir diqqətli gəncinə də... O gənc çiyninə ağır yük götürərək, elə işlər görür ki, bunun şahidi olduğuma görə sevinirəm. Şəxsən mənə etdiyi yaxşılığa görə "sağ ol" demək azdır. Ölkə üçün atdığı addımlara görə ona "sağ ol" deyirəm. Bilirəm ki, siz ölkəmizi necə sevirsiniz. Sağ olun ki, yaşamağa və yaşatmağa güc verməkdə heç zaman tənbəllik etmirsiniz”.
Xatırladaq ki, limfaqranulematoz (ağ ciyər xərçəngi-red.)xəstəliyindən əziyyət çəkən teleaparıcı uzun müddət Almaniyada müalicə kursu keçib. Ona ilik transplantasiyası edilib.
BAKU.WS
Oxşar xəbərlər
Hacı Nuran xəstəxanada (FOTO)
Limfaqranulematoz xəstəliyindən (ağciyər xərçəngi) əziyyət çəkənaparıcı Hacı Nuran (Hüseynov) yenidən Almaniyaya müalicəyə yollanıb. BAKU.WS xəbər verir ki, ap...