Xərçəng xəstəliyindən əziyyət çəkən azərbaycanlı rejissor sağaldıqdan sonra ilk dəfə efirdə - VİDEO
Xərçəng xəstəliyindən əziyyət çəkən rejissor Şahin Zəkizadə bu gün ARB TV-nin "Gəlin danışaq" verilişində qonaq olub.
BAKU.WS xəbər verir ki, Heydər Əliyev fondunun dəstəyi ilə müalicə alan rejissorun vəziyyəti yaxşılaşıb. "Gəlin danışaq" verilişində danışan rejissorun oğlu və qızı da onunla birlikdə telekanalın efirində olub. Zəkizadə ən çox qızının birinci sinifə gedən zaman yanında ola bilmədiyi üçün pis olduğunu bildirib.
Xatırladaq ki, qan xərçəngindən əziyyət çəkən rejissorun həyat yoldaşı Səbinə Zəkizadə bir müddət əvvəl həyat yoldaşının sağalması üçün 20 min manat vəsaitin tələb olunduğunu bildirib. Müalicəsinin Türkiyədə mümkün olduğunu söyləyən rjissorun həyat yoldaşı imkanlı şəxslərdən yardım istəyib. Daha sonra isə onun müalicəsini Heydər Əliyev fondu öhdəsinə götürüb.
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
Qan xərçənginə tutulan Şahin Zəkizadəyə evə buraxılıb
Tutulduğu qan xərçəngi (leykoz) xəstəliyinə görə xeyli vaxtdır xəstəxanada kimyəvi müalicə keçən rejissor Şahin Zəkizadə bir gün əvvəl evə buraxılıb. BAKU.WS x...