Azərbaycanlı rejissor xərçəngə tutulub

Azərbaycanlı rejissor xərçəngə tutulub
Şou-biznes 4843

Rejissor Şahin Zəkizadə qan xərçəngi (leykoz) xəstəliyinə tutulub.

BAKU.WS xəbər verir ki, xanımı Səbinə Zəkizadə rejissorun neçə gündür xəstəxanada olduğunu bildirib: 

"Yoldaşım üçün dua edin. Neçə gündür xəstəxanadadır. Allah şəfasını tez versin, yanımızda olsun, analizlərin cavabı yaxşı çıxsın”.

Rejissor primetime.az-a açıqlamasında hazırda Qanköçürmə İnstitutuna yerləşdirildiyini deyib.

"Həkimlər söyləyir ki, qanda olan bu dərdin fəsadı özünü tez bir zamanda göstərir.Yəni öncədən heç nəyi bilmək olmur. Nə qədər çətin olsa da, ruhdan düşmürəm. Ailəm, övladlarım, sənətdə imza atacağım uğurlarım üçün yaşamaq istəyirəm. Allahın və xeyixah insanların köməkliyi ilə bu ağır günləri geridə qoyacağıma ümid edirəm”, - deyə, Ş.Zəkizadə bildirib.

Rejissorun xanımı Səbinə Zəkizadə isə həyat yoldaşının sağalması üçün tələb olunan maliyyə vəsaitinin məbləğini açıqlayıb: 

"Şahinin müalicəsi Türkiyədə mümkündür. İstanbula gedənə qədər müəyyən prosedurlar var ki, onu etməliyik. Həkimlər hələlik 20 min manat lazım olduğunu deyir. Biz bu məbləği toplamaq gücündə deyilik. İmkanlı şəxslərin yardım edəcəyinə inanırıq”.

BAKU.WS

Son xəbərlər