"Diriliş Ertuğrul" serialına baxıb infarkt keçirdi, Bakıda əməliyyat olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda "Diriliş Ertuğrul" serialına baxarkən güclü həyəcan keçirən xəstə infarkt keçirib.
BAKU.WS xəbər verir ki, pasiyent bildirib ki, serialda Nihanın bacısı Ərtoğrulun oğlu Osmanı boğaraq öldürmək istəyib. Bu zaman Ərtoğrul içəri daxil olub. O, hadisəyə müdaxilə etdikdən sonra anası saçını götürərək Nihanın bacısına hücum edib və onu öldürüb.
Pasiyent həmin səhnəni izləyərkən uşağın öldürüldüyünü düşünərək həyəcan keçirib.
Bakıda xəstəxanaya çatdırılan pasiyentə infarkt diaqnozu qoyulub və dərhal əməliyyata alınaraq ürək damarına stent taxılıb.
Oxşar xəbərlər
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi
Azərbaycanda gənc idmançı – atlet Həvva Yambulatova qəfil vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeni...