Yasamalda çörək emalı müəssisəsi bağlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Yasamal rayonu, 7-ci sallaqxana küçəsi 7A ünvanında fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb.
BAKU.WS xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Agentliyinin əməkdaşları sözügedən ünvanda fiziki şəxs Cəfər Zabit oğlu Cavadlıya məxsus çörək emalı müəssisəsində plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması faktları müəyyən edilib.
Belə ki, müəssisənin antisanitar şəraitdə, qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsiplərinə əməl olunmadığı, istehlak üçün nəzərdə tutulan çörəklərin polimer qablaşdırmalarda antisanitar vəziyyətdə saxlanıldığı müəyyən edilib.
Nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycandan Gürcüstana qanunsuz dizel və qəlyan tütünü keçirilməsinin qarşısı alınıb
Azərbaycandan Gürcüstana qanunsuz mal keçirməsinin qarşısı aınıb. Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Sərhəd Nəzarətinin "Qırmızı kör...