Xərçəng olan məşhurdan yalvarış: "Ölmək istəmirəm"
Qan xərçəngi diaqnozu qoyulan tanınmış rejissor Şahin Zəkizadə ölümlə üz-üzə qalıb.
BAKU.WS publika.az-a istinadən bildirir ki, açıqlama verən rejissor başına gələnləri yuxu adlandırıb: "İndiyə qədər səhhətimdə heç bir narahatlıq yox idi. Həkimlər birdən-birə məndə qan xəstəliyi aşkarladılar. Analizlərin cavabı dəhşətlidir. Bütün bunlar mənə yuxu kimi gəlir. Müalicəm üçün külli miqdarda pul lazımdır. Tez bir zamanda ya Türkiyə, ya da İranda müalicə olunmasam, həyatımla vidalaşacam. Yaşamaq istəyirəm, mənə kömək edin".
Qeyd edək ki, Ş.Zəkizadə Azərbaycanda klip çəkən ilk rejissorlardandır. Bir çox məşhurların kliplərini o ekranlaşdırıb.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı rejissor xərçəngə tutulub
Rejissor Şahin Zəkizadə qan xərçəngi (leykoz) xəstəliyinə tutulub. BAKU.WS xəbər verir ki, xanımı Səbinə Zəkizadə rejissorun neçə gündür xəstəxanada olduğunu b...