6 yaşlı Fidandan ürək sızladan məktub: "Xahiş edirəm mənə kömək edin" (VİDEO)

6 yaşlı Fidandan ürək sızladan məktub: Xahiş edirəm mənə kömək edin (VİDEO)
Video
Şou-biznes 1588

"Salam. Mənim adım Fidandır və 6 yaşındayam. Doğum zamanı sol tərəfim iflic olub. Sol dabanımı yerə basa bilmirəm. Mən də digər uşaqlar kimi qaçmaq, oynamaq istəyirəm".

Bu sözləri balaca Fidan BAKU.WS-ə müraciətində yazıb. 6 yaşlı qızcığaz iflic olduğu üçün ombası əyilir, hərəkət edərkən bir qolu qısalır. Fidanı təcili əməliyyat etdirmək lazımdır. Ancaq bu əməliyyat üçün ailəsinin imkanı yoxdur:

"Valideynlərim bu günə kimi borcla-xərclə mənim masajlarımı və müalicəmi ediblər. Ancaq indi mənim üçün bir şans var. Əməliyyat olsam tam gəzə bilərəm. İstəyirəm ki, öz yaşıdlarımla məktəbə gedim, dərs oxuyum. Xahiş edirəm mənə kömək edin. Əməliyyatım üçün sadəcə 1600 manat pul lazımdır".

Fidan balamıza kömək etmək istəyən şəxslər (055) 743 - 52 - 01 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Hər birimizin kiçik yardımı 6 yaşlı balamıza böyük sevinc bəxş edəcək. 

BAKU.WS 

Oxşar xəbərlər

Fidan Axundova: "Hazırda polisdəyəm"

Fidan Axundova: "Hazırda polisdəyəm"

Ötən gün tanınmış aktrisa Fidan Axundova "Facebook" hesabında insanları etiraza səsləyən status yazmağı böyük əks səda doğurub. BAKU.WS məlumat verir ki, aktri...

6714 Şou-biznes 12:10 23 dekabr 2015

Son xəbərlər