Bu qız uşağının atasını axtarır
Bir günlük münasibətdən hamilə qalan qadın uşağının atasını axtarır.
BAKU.WS məlumat verir ki, 26 yaşlı fransız Natali Aymot adlı gənc qadın Avstraliyaya 3 aylıq turist kimi səyahət edib. Səyahətin sonuncu günü Avstraliyada barların birinə əylənməyə gedən Natali avstraliyalı gənc bir oğlanla tanış olub.
Səhəri Parisə qayıdan gənc qız 6 həftədən sonra hamilə olduğunu öyrənib. Uşağının atasını tapmaq üçün yenidən Avstraliyaya qayıdıb. Uzun axtarışlardan sonra oğlanı tapa bilməyən Natali bir video çəkərək sosial şəbəkələrdə paylaşıb.
Natali deyib ki, oğlanın nömrəsini alıb. Lakin telefonu itirdiyi üçün onunla əlaqə qura bilməyib: "Avstarilayaya 3 aylıq səyahətimin sonuncu günü dostlarımla bir bara əylənməyə getdik. Orda bir oğlanla tanış oldum. Ona ilk baxışdan vuruldum. Həmin gün bir yerdə gözəl gecə keçirdik. Səhəri gün mən Parisə qayıtmalı oldum. Onun nömrəsini qeyd etdiyim telefonu itirdiyim üçün əlaqə saxlaya bilmirdim. 6 həftədən sonra hamilə qaldığımı öyrəndim. Qərara gəldim ki, onu axtarım. Lakin tapa bilmədim. Mənim həyatda heç kimim yoxdur. Ona görə də sizdən xahiş edirəm ki, mənə kömək edin onu tapım”, - deyə Natali bildirib.
Ayşən Ayxan
BAKU.WS
Oxşar xəbərlər
Kişi hamilə arvadını yemək bişirmədiyi üçün ağaca bağlayıb döydü (VİDEO)
Çində əsəbləşən ər küçənin ortasında hamilə arvadını vəhşicəsinə döyüb. BAKU.WS-in məlumatına görə, kişi qadını yemək bişirmədiyi üçün ağaca bağlayıb və onu am...