Hamilə qadın qaydasız döyüşdə qalib oldu

Hamilə qadın qaydasız döyüşdə qalib oldu
Şou-biznes 1579

 

Braziliyalı idmançı Kinberli Novais hamiləliyin 12-ci həftəsində qaydasız döyüşlərdə iştirak edib.

BAKU.WS-in məlumatına görə, idmançı qız növbəti təkbətək döyüşə hazırlaşarkən hamilə olduğunu anlayıb. Novais idmançı Djoselin Konsla rinqdə görüşməli idi. Məhz buna görə, o, ağır məşqlərə başlayıb. Ancaq buna baxmayaraq onun çəkisi azalmayıb. Bundan sonra idmançı müayinə üçün xəstəxanaya yolllanıb. 

Həkimlə danışdıqdan sonra hamilə olduğunu bilən idmançı eşitdikləri qarşısında şok olub. Ona oğlu olacağı deyilib. 

İdmançı xatırlayıb ki, son görüşünü cəmi üç ay əvvəl keçirib. Onun rəqibi Renata Baldan olub. Novais bildirir ki, artıq o zaman hamilə imiş. Qadın idmançı hamilə olmasına baxmayaraq təkbətək döyüşdən qalib ayrılıb. 

ŞAHİN Həbibov

BAKU.WS

Son xəbərlər