Fidan Axundova: "Hazırda polisdəyəm"
Ötən gün tanınmış aktrisa Fidan Axundova "Facebook" hesabında insanları etiraza səsləyən status yazmağı böyük əks səda doğurub.
BAKU.WS məlumat verir ki, aktrisanın adına açılmış profildən insanları küçəyə çıxıb etiraz etməyə səsləyiblər: "Niyə yatmısınız? Niyə səsinizi ancaq Facebook-da çıxarırsınız? Niyə şəhərlərə, küçələrə axışıb etirazınızı bildirmirsiniz? Bunun bir yolu var: Ağsaqqalları, ağbirçəkləri qabağa verib, gəncləri də ayağa qaldırmaq. Yoxsa daha da pis vəziyyətə düşəcəyik. Ya ölüm, ya qalım, başqa yol yoxdur artıq".
Axşam.az-a açıqlamasında Fidan Axundova onun adından istifadə edildiyini deyib:
"O mən deyiləm, mənim adımdan yazıblar. Dəfələrlə canlı efirdə demişəm, müsahibələrimdə də qeyd etmişəm ki, mən heç bir sosial şəbəkədə yoxam. 20 avqusta yerləşdiriblər ki, guya mənim yeganə Facebook səhifəm budur. Mənim heç bir Facebook səhifəm yoxdur. Hamı mənə zəng edir ki, "Bu nədir, sən belə insan deyilsən axı". Buna görə də mənim işimdə də narazıçılıq yaranıb. İndi hal-hazırda polisdəyəm, şikayət ərizəsi yazıram".
BAKU.WS
Oxşar xəbərlər
Facebook-dan inqilabi yenilik
Dünyada təxminən 2 milyard istifadəçisi olan Facebook, yeni funksiyanın üzərində işləyir. BAKU.WS məlumat verir ki, Facebook rəhbərliyi, canlı video bağlantı,...