Azərbaycanlı məşhur: "Aktrisanı soyunmağa məcbur edərəm"
Rejissor Tahir Əliyev 18+ xəbərdarlığı adı altında təqdim olunan filmlərdən danışıb.
BAKU.WS bildirir ki, publika.az-a açıqlama verən rejissor insanların nədən belə filmlərə maraq göstərməsinin səbəblərini izah edib:
"Biz müsəlman ölkəsiyik, istər-istəməz 18+ xəbərdarlığından istifadə etməliyik. Amma hansı filmdə 18+ xəbərdarlığı varsa, o saat insanların gözü qabağına erotika, intim, sevişmə, yataq səhnələri gəlir. Amma 18+ xəbərdarlığı qorxu filmlərinə də aiddir. Hansısa uşaq oturub dinozavrın ürəyinin parçalanması səhnəsinə tamaşa edə bilməz. Bizdə qorxu barədə düşünən yoxdur, yalnız intim səhnələrə görə filmlərə maraq göstərirlər. Bunun da səbəbi həyat tərzimizlə bağlıdır. İnsan öz hisslərində tapa bilmədiyi rahatlığı erotik filmlərdə tapmağa çalışır. Buna görə də elə filmləri izləyir. Bir fransızı hansısa yataq səhnəsi ilə təəccübləndirmək olmaz, mənə sevişmədən dərs deyər. Yaxud da, ona desən ki, 18 yaşlı bir qız intim zorakılığa görə özünü asıb, təəccüblənəcək ki, burada özünü asmalı nə var ki? Amma İranda bunu ekranlaşdırsan, sənə mükafat verərlər".
T.Əliyev erotikanı bir sənət növü kimi dəyərləndirir: "Erotika, əslində, sənət növüdür. Nəinki erotika, qorxu, sevinc və digər emosiyaların hamısı insan hissləridir və onların kinoya gətirilməsi normaldır. Əgər filmin dramaturji həlli tələb edərsə, mən hansısa aktrisanı soyunmağa məcbur edərəm və film çəkərəm. Amma 4-5 dostumun, 5-6 tanışımın yanında fəxr edəcəyəmsə ki, hansısa qızı soyundurub sonra da çəkdim, bu, mənə lazım deyil".
BAKU.WS
Oxşar xəbərlər
"Onunla ikiəlli görüşmək üçün növbəyə düzülənlər var"
Rejissor Kənan MM varlı insanların əhatəsində olan insanları tənqid edib. BAKU.WS məlumat verir ki, rejissor varlı şəxsləri əslində onların əhatəsindəki insan...