Qanuni fahişəxanada çalışan anadan qızlara ürəksızladan müraciət

Qanuni fahişəxanada çalışan anadan qızlara ürəksızladan müraciət
Şou-biznes 12852

 

Türkiyənin Balıkesir şəhərində dövlətin nəzarətində olan qanuni fahişəxanada 16 ildir çalışan Hayal 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə həmkarlarını təbrik edib.

BAKU.WS-in məlumatına görə, bu cür həyatı seçmək məcburiyyətində qaldığını deyən Hayal fahişəlik etməyə ailəsinin səbəb olduğunu deyib. Onun sözlərinə görə, insanların bəzi şeyləri seçmə şansı yoxdur:

"Mənim də ailəmi seçmə şansım olmadı. Hər kəs kimi yuva qurmaq istərdim. Mən kiçik yaşdan bəri bu işlə məşğulam. İnsanların təxmin edə bilməyəcəyi qədər kiçik yaşdan bəri bu iştəyəm. Ailə, bu mövzuda əhəmiyyətli bir faktordur. Gənclərə baxıram, narkotikaya maraq var. Universitetdə belə bu işin edildiyini bilirəm. Ailələr, lütfən uşaqlarınıza nəzarət edin. Ana və ata olaraq mübarizə edin. Mənim kimi minlərlə insan var. Bizlər də insanıq. Məni də bir ana dünyaya gətirib. Ona bir az da sahib çıxmaq, dəstək olmaq lazımdır".

18 yaşında oğlu, 17 yaşında qızı olduğunu söyləyən Hayal sözlərinə belə davam edib: "Onların yanında olmaq imkanım yoxdur. Yalnız onlara pul verərək analıq olmur. Qadınlar Günü analıqdırsa mən də anayam, amma bu hissi yaşaya bilmirəm. Gündə 16 saat çalışıram. Mənim hər insan kimi çay, qəhvə içmə lüksüm yoxdur. Heç bir qadın mənim yerimdə olmaq istəməz. Buraya gələn insanların 99%-i evli və gənc nəsildir". 

Gənc qızlara tövsiyələr verən Hayal insanlara tez aldanmamağı məsləhət verib: "Heç bir şeyə etina etməyin, ailənizin verdiyi ilə kifayətlənin. Bəzi insanların həyatlarını ailələri dağıdır. Biz Türkiyədə yaşayırıq. Kənardan baxanda asan görünə bilər, amma elə deyil. Kişilərdən nifrət etmirəm. Mən onları aciz görürəm. Bura gələndə siz onlar üçün şəhzadəsiniz. Sizi çöldə gördüyündə barmaqla göstərirlər. Mən onları aciz görürəm. Nə olursa olsun, bu işi edən bir qadına heç bir kişinin bunu söyləməyə haqqı yoxdur. Mənim üçün Beynəlxalq Qadınlar Günü olsa da olar, olmasa da olar. Başqalarına müqəddəs olsun. Mənim kimi yaşayan insanlar bu günü belə qəbul edər", - deyə Hayal bildirib. 

BAKU.WS

Son xəbərlər