Azərbaycanın tanınmış rejissoru vəfat edib

Azərbaycanın tanınmış rejissoru vəfat edib
Hadisə 2253

Rejissor, əməkdar incəsənət xadimi Fikrət Əliyev vəfat edib. BAKU.WS "Report”a istinadən xəbər verir ki, o, uzun sürən ağır xəstəlikdən bu gün səhər saatlarında dünyasını dəyişib. Qeyd edək ki, rejissor bu gün günorta saatlarında Əmircan qəbirsanlığında, oğlu R.Əliyevin yanında dəfn olunacaq. Xatırladaq ki, F.Əliyevin 43 yaşlı oğlu Rəşad Əliyev də yaxın günlərdə dünyasını dəyişib. İctimai Televiziyanın (İTV) əməkdaşı olan R.Əliyevin fevralın 27-də dənizdən meyiti tapılıb. F.Əliyev 12 dekabr 1939-cu ildə Bakıda anadan olub. 1966-cı ildə M.A.Əliyev adına ADİİ-nin aktyorluq fakültəsini, 1972-ci ildə Moskvada ÜDKİ-nin iki illik ali ssenari və rejissorluq kurslarını bitirib. 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib. O, "Yuxu”, "Axırıncı dayanacaq”, "Ölüm növbəsi” və s. filmlərin rejissoru olub. BAKU.WS 

Oxşar xəbərlər

İTV-nin itkin düşən əməkdaşının intihar etdiyi məlum olub (FOTO)

İTV-nin itkin düşən əməkdaşının intihar etdiyi məlum olub (FOTO)

İctimai Televiziyanın (İTV) 35 gün əvvəl itkin düşmüş əməkdaşı Rəşad Əliyevin intihar etdiyi məlum olub. BAKU.WS APA-ya istinadən məlumat verir ki, onun meyiti...

2037 Hadisə 09:05 27 fevral 2016

Son xəbərlər