Jurnalist Mahal İsmayıloğlu vəfat etdi
Tanınmış jurnalist Mahal İsmayıloğlu dünyasını dəyişib. BAKU.WS-in Reporta istinadən verdiyi məlumata görə, M.İsmayıloğlu Respublika Kliniki Xəstəxanasında böyrək çatışmazlığından vəfat edib. Qeyd edək ki, Mahal İsmayıloğlu 1957-ci ilin yanvarın 22-də Ermənistanın Kalinino rayonunun Evli kəndində anadan olub. 1977-1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin (ADU) jurnalistika fakültəsində oxuyub. 1982-1984- cü illərdə İrəvanda nəşr olunan "Sovet Ermənistanı” qəzetində, baş müxbir vəzifəsində çalışıb. 1984-1987-ci illərdə C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında redaktor işləyib. 1987-1990-cı illərdə Neft və Kimya İnstitutunun (İndiki Neft Akademiyasının) çoxtirajlı qəzetinin redaktoru olub. 1990-cı ilin avqustundan "Aydınlıq” qəzetində çalışıb. 1995-ci ilin oktyabrından 2002-ci ilin aprel ayınadək "Xalq qəzeti”nin baş redaktoru işləyib. Bundan əlavə, o, "Yeni Müsavat" və "Azadlıq" qəzeti ilə də əməkdaşlıq edib. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanın birinci xanımı ad gününü qeyd edir
Bu gün Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı s...