"Bank Technique"in baş direktoru işdən çıxdı
"Bank Technique" ASC-dən kadr axını davam edir.
BAKU.WS-in APA-ya istinadla vedriyi məlumata görə, bankın baş direktoru, biznesin inkişafı departamentinin direktoru Kamran Alik oğlu Axundov öz xahişi ilə işdən çıxıb.
Qeyd edək ki, K. Axundov 17 iyun 1981-ci ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsini bakalavr, 2004-cü ildə isə magistr dərəcəsi üzrə bitirib.
2004-2005-ci illərdə "Avropa LTD” şirkətində mühasib vəzifəsində çalışdıqdan sonra, 2005-2012-ci illər ərzində Azərbaycan Beynəlxalq Bankında xidmət bölməsinin mütəxəssisi vəzifəsindən Pərakəndə biznes departamenti, "ABB-Premyer” Müştəri xidmətlərində rəhbər müavini vəzifəsinədək yüksəlib. 2012-ci ilin iyun ayından "Bank Technique” ASC-də çalışıb.
Əlavə edək ki, K. Axundov Azərbaycanın ən savadlı bankirlərindən biri hesab olunur.
BAKU.WS
Oxşar xəbərlər
Ziya Məmmədovdan yeni təyinat
Azərbaycanın Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə yeni baş direktor təyin olunub. Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəe...