Azərbaycanda döyülən jurnalist vəfat etdi

Azərbaycanda döyülən jurnalist vəfat etdi
Hadisə 2997

Jurnalist Rasim Əliyev avqustun 9-da səhərə yaxın Bakı Klinik mərkəzində rəhmətə gedib. 

BAKU.WS xəbər verir ki, bu barədə Amerikanın Səsinə jurnalistin bacısı Gülnarə Əliyeva bildirib. Avqustun 8-də Rasim Əliyev "Qəbələ" futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülüb. Ağır bədən xəsarəti alan jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilib. Onun qabırğaları sınıb və sol qulağı eşitmir.

Sosial mediada verilən məlumatlara görə, jurnalistin döyülməsinə səbəb onun Cavid Hüseynovun kiprli jurnalistə qarşı hərəkətini "Facebook" səhifəsində tənqid etməsi göstərilib.

Gülnarə Əliyeva bildirib ki, gecə saatlarında Rasim Əliyevin səhhəti kəskin pisləşib və 1 saylı Şəhər Kliniki Xəstəxanasında cərrahi əməliyyat olunub. Bundan sonra reanimasiya şöbəsinə köçürülüb və orada vəfat edib. Hazırda jurnalistin cəsədi Respublika Xəstəxanasının morquna yerləşdirilib.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər