Xalq şairi Zəlimxan Yaqub dünyasını dəyişdi (video)

Xalq şairi Zəlimxan Yaqub dünyasını dəyişdi (video)
Digər 2165

Xalq şairi uzun sürən xəstəlikdən sonra vəfat edib.

Xalq şairi Zəlimxan Yaqub uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 

Ailəsindən BAKU.WS-ə verilən məlumata görə, o, bir neçə dəqiqə əvvəl vəfat edib. 

Zəlimxan Yaqub uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi. Hər iki böyrəyi olmayan ictimai xadim son vaxtlar dializ qəbul etməklə yaşayırdı. 

Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunda anadan olub. 2005-ci ildə "Azərbaycanın xalq şairi" fəxri adına layiq görülən Zəlimxan Yaqub Məmməd Araz ədəbi mükafatı, "Şöhrət" ordeni və Gürcüstan Respublikasının "Şərəf" ordeni kimi bir sıra yüksək mükafatlara layiq görülüb. 

2008-ci il avqust ayının 29-da Azərbaycan Aşıqlar Birliyinin sədri, 1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvi idi.

Allah Rəhmət eləsin!

Oxşar xəbərlər

Güləş Federasiyasından Aygün Kazımovaya mükafat (VİDEO)

Güləş Federasiyasından Aygün Kazımovaya mükafat (VİDEO)

Xalq artisti Aygün Kazımova mükafata layiq görülüb. BAKU.WS-in məlumatına görə, Aygün Kazımova Azərbaycan Güləş Federasiyasının fəxri diplomuna layiq görülüb....

1839 Şou-biznes 10:44 29 dekabr 2015

Son xəbərlər