Azərbaycanın tanınmış aktyoru dünyasını dəyişdi

Azərbaycanın tanınmış aktyoru dünyasını dəyişdi
Hadisə 3666

Azərbaycan kinosunda maraqlı rollar yaratmış tanınmış aktyor Vəliəhd Vəliyev dünyasını dəyişib.

BAKU.WS-in məlumatına görə, bu barədə Reporta mərhum aktyorun qardaşı, Gəncə Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Ramiz Vəliyev məlumat verib.

"Vəliəhd 15 ildir ABŞ-da yaşayırdı. Dünən axşam saatlarında dünyasını dəyişib. Bir ildir xərçəng xəstəliyindən əziyyət çəkirdi. Bu gün ABŞ-da torpağa tapşırılacaq. Bura gətirilməsi mümkün deyil. Çünki ailəsi orada yaşayır. Hazırda cənazəsi həmin ölkədəki müsəlman məscidindədir. Günorta saatlarında dəfn ediləcək".

Xatırladaq ki, Vəliəhd Vəliyev xalq artistləri Həmidə Ömərova, Sonaxanım Mikayılova, əməkdar artistlər Fərhad İsrafilov, Ötkəm İsgəndərovla birlikdə Moskvada kinoaktyor kurslarında təhsil alıb. Azərbaycan kinosunda biri-birindən maraqlı obrazlar yaradıb. Onun ən məşhur rollarından biri "Evlənmək istəyirəm" filmində yaratdığı Əhməd bəy obrazıdır. Vəliəhd Vəliyev 1952-ci ildə Daşkəsəndə anadan olub. 1975-1979-cu ildə Moskvada ÜDKİ-nin Aktyorluq fakültəsində təhsil alıb. 1979-cu ildən "Azərbaycanfilm" kinostudiyasında filmlərdə çəkilib. O, ANS telekanalında yayımlanan məşhur "Qulp" proqramında akademik obrazı ilə tanınırdı.   Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Habil Əliyev dünyasını dəyişdi

Habil Əliyev dünyasını dəyişdi

Xalq artisti Habil Əliyev dünyasını dəyişib. Bu barədə BAKU.WS-ə Xalq artistinin qohumları məlumat verib. Xalq artistinin vəziyyəti avqustun 15-dən pisləşmiş...

2210 Hadisə 22:59 08 sentyabr 2015

Son xəbərlər