“Kurtlar Vadisi”nin qəhrəmanı Bakıya motosikletlə gəlir (FOTO, VİDEO)
Türkiyənin tanınmış aktyoru, "Kurtlar Vadisi Pusu” serialının qəhrəmanı Bakıya motosikletlə gəlir. BAKU.WS-in məlumatına görə, Türkiyənin tanınmış aktyoru Semih İğdigül Mersin şəhərindən motosikletlə Azərbaycanın paytaxtına yola düşüb. Artıq 19 gündür yola çıxan aktyor hazırda Girəsun şəhərindədir. Tanınmış aktyor Bakıya küçə heyvanlarına dəstək məqsədilə gəldiyini açıqlayıb.
"Mən küçə heyvanıyam. Mən onların insan obrazında olan nümunəsiyəm. Bunu qürurla deyirəm. Ömrümün sonuna qədər onların hüquqlarını müdafiə edəcəyəm. Ötən il, motosikletlə bütün Türkiyəni gəzmişəm. Bu il də Bakıya gedirəm. Çünki Azərbaycanda da bizim dövlətdə olduğu kimi küçə heyvanlarının hüquqları qorunmur”, - deyə Semih İğdigül bildirib.
Qeyd edək ki, tanınmış aktyor Semih İğdigül "Kurtlar Vadisi” ilə yanaşı bir çox məşhur seriallarda rol alıb. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Polis: "Bakı küçələrində öpüşmək cinayət deyil"
Şəkidən Bakıya qohumlarına qonaq gələn 23 yaşlı Cahangir Əliyev şəhərdə cavanlıq etmək fikrinə düşür. O, ilk öncə çoxdan tanıdığı 20 yaşlı Nülufər Qasımova ilə...