Erməni idmançı Bakıda kubok qazandı (FOTO)

Erməni idmançı Bakıda kubok qazandı (FOTO)
İdman 1944

 

Erməni əsilli Rusiya təmsilçisi Marqarita Qasparyan Bakı turnirinin qalibi olub. Final mərhələsində o, rumıniyalı tennisçi Patricia Maria Tigdən üstün ola bilib.

BAKU.WS-in məlumatına görə, gərgin keçən matç üç setdə yekunlaşıb. Marqarita üçüncü setdə rəqibinə bir oyun belə uduzmayıb. 2 saat 30 dəqiqə davam edib final görüşü və Marqarita 6-3 5-7 6-0 hesabı ilə çempionluğu əldə edib. Matçda Marqarita 4 eysə imza atıb, 2 dəfə servisində ikili səhvə yol verib. 7 dəfə breyk edən Marqarita, matçda oynanılan xalların 54%-ni aktivinə yaza bilib.  

Baku Cup beynəlxalq tennis turniri bu il 5-ci dəfə keçirilib. Bakı Tennis  Akademiyasının kortlarında keçirilmiş WTA International seriyalı tennis turniri 25 iyul - 2 avqust tarixlərində baş tutub.

250 min ABŞ dolları uduş fondu olan turnirdə dünyanın tanınmış tennisçiləri iştirak edib. Bu il Bakıya 2014 Avstraliya Çempionatının finalçısı Dominika Tsıbulkova (Slovakiya), Françeska Skyavone (İtaliya), Boyana Yovanovski (Serbiya), Roberta Vinçi (İtaliya) gəlib.

20-ə yaxın ölkədən gələn tennisçilər arasında həmçinin belçikalı Yanina Vikmayer və Kristen Flipkensi qeyd etmək olar, ötən il yarımfinalda oynayan Stefani Voegele (İsveçrə), Anastasiya Pavlyuçenkova (Rusiya Federasiyası), Kurumi Nara (Yaponiya) kimi tennisçiləri qeyd etmək lazımdır.

Qeyd edək ki, daha öncə Bakıya gələn ən yüksək reytinqli tennisçi Vera Zvonareva (Rusiya Federasiya) olub ki, 2011-ci ildə keçirilən turnirdə o, dünya 3-cüsü qismində çıxış edirdi. Baku Cup turnirinin daha öncəki qalibləri Vera Zvonareva (RUS-2011), Boyana Yovanovski (SRB-2012), Elina Svitolina (UKR-2013,2014) olublar.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan bayrağını yenə yandırdılar

Azərbaycan bayrağını yenə yandırdılar

Ötən gün baş tutan "Apollon”-"Qəbələ” oyununda kiprli azarkeşlər Azərbaycan bayrağını yandırıblar. BAKU.WS-in məlumatına görə, "Qəbələ” futbol klubu bu faktın...

2589 İdman 13:07 31 iyul 2015

Son xəbərlər