İTV-nin itkin düşən əməkdaşının intihar etdiyi məlum olub (FOTO)

İTV-nin itkin düşən əməkdaşının intihar etdiyi məlum olub (FOTO)
Hadisə 2041

İctimai Televiziyanın (İTV) 35 gün əvvəl itkin düşmüş əməkdaşı Rəşad Əliyevin intihar etdiyi məlum olub.

BAKU.WS APA-ya istinadən məlumat verir ki, onun meyiti ötən gün "Cristall hall” yaxınlığında dənizdə aşkar edilib.

Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, Rəşad Əliyevin meyiti üzərində heç bir zorakılıq əlamətləri və xəsarətlər aşkar edilməyib. Onun intihar etdiyi ehtimal olunur. Bu gün meyit ailəsinə təhvil veriləcək.

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, 1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlu 23 yanvar 2016-cı il tarixdə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. O, İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışıb. R. Əliyev əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda televiziya əməkdaşı yoxa çıxıb

Azərbaycanda televiziya əməkdaşı yoxa çıxıb

Daxili İşlər Nazirliyi (DİN) iki nəfərin itkin düşməsi ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, 1996-cı il təvəll...

2251 Hadisə 14:19 19 fevral 2016

Son xəbərlər