Azərbaycanda televiziya əməkdaşı yoxa çıxıb
Daxili İşlər Nazirliyi (DİN) iki nəfərin itkin düşməsi ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, 1996-cı il təvəllüdlü Mamedova Türkanə Raqub qızının yanvarın 11-də Bərdə şəhərində, 1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlunun isə 23 yanvar 2016-cı il tarixdə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadıqları evlərdən çıxaraq bir daha geri qayıtmamaları barədə polisə məlumat daxil olub. Məlumatda qeyd olunur ki, T. Mamedova sonuncu dəfə paytaxt ərazisində görünüb. İtkin düşmüş bu iki şəxsin xarakterik əlamətləri aşağıdakılardır: Türkanə Mamedovanın boyu 1 metr 62 santimetr, gözləri şabalıdı rəngdədir. Rəşad Əliyevin boyu 1 metr 75 santimetr, gözlərinin rəngi qəhvəyidir. Türkanə Mamedovanı və Rəşad Əliyevi görənlərdən və ya itkin düşmüş bu iki şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (012) 590-96-29(012) 590-96-29, 590-95-31, 590-93-08 nömrəli şəhər, (051) 920-59-12 nömrəli mobil telefonlara zəng edərək məlumat vermələri xahiş olunur. Rəşad Əliyev İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışır. BAKU.WS
Oxşar xəbərlər
Sumqayıtdan Bakıya gələrkən yoxa çıxan qız tapıldı
Bakının Nəsimi rayonunda itkin düşən 15 yaşlı Telli Asif qızı Axranova tapılıb. Bu barədə qızın atası Asif Axranov BAKU.WS-ə məlumat verib. Onun sözlərinə görə...