Salyanda gənc ana körpəsini də götürüb evdən qaçdı (FOTO)
Salyanda ana və qızı itkin düşüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Salyan rayonunun I Varlı kənd sakini Aslan Əsədov 27 avqust, 2015-ci il tarixdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək həyat yoldaşı, 1994-cü il təvəllüdlü Xanpəri Hüseynovanın azyaşlı qızı - 2015-ci ildə anadan olmuş Nuray Əsədovanı özü ilə götürərək cari il avqustun 23-də, saat 15.00-16.00 radələrində evdən xəbərsiz çıxaraq getdiklərini, bir daha geri qayıtmadıqlarını bildirib. Evdən çıxan zaman Xanpəri şəxsiyyət vəsiqəsini və uşağa aid geyim əşyalarını da götürüb. Xanpəri Hüseynovanın xarakterik əlamətləri aşağıdakılardır: Boyu təqribən 175 santimetr, orta bədən quruluşludur. Qara uzun saçlı, yumru sifətli, qara qalın qaşlı, gözlərinin rəngi qəhvəyidir, çənəsində qara xalı var. Əynində qara rəngli yubka və qara yay köynəyi olub. Xanpəri Hüseynovanı və qızı Nurayı görənlərdən və ya itkin düşmüş bu şəxslər haqqında hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, (050) 974-65-02, (050) 341-49-64 nömrəli mobil və (021) 255-51-83 nömrəli telefonlara zəng vuraraq məlumat vermələri xahiş olunur. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakıda evdən qaçmış qız tapıldı
Bakıda evdən qaçmış qız tapılaraq ailəsinə təhvil verilib. Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, Binəqədi rayonu 7-ci mikrorayon ər...