Bakıda intihar etmiş tələbə qızın sevgilisi istintaqa cəlb edilib
Bakıda gənc qızın intihar etməsi hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
"Report”un əldə etdiyi məlumata görə, 1993-cü il təvəllüdlü Nərgiz Vahabovanın sevgilisi olmuş 33 yaşlı B.Ə. istintaqa cəlb edilib. Məlum olub ki, B.Ə. ailəli olub. O, bir müddət əvvəl məhz N.Vahabovaya görə həyat yoldaşından boşanıb.
Bununla yanaşı, o da məlum olub ki, N.Vahabovanın anası onların evlənmələrinə razı olmayıb.
Azərbaycan Kooperasiya Universitetinin maliyyə fakültəsində təhsil alan N.Vahabovanın təhsil haqqını ödəyə bilmədiyi də məlum olub.
Onun sevgilisi ilə bağlı yaranmış durum və maddi problemlərlə bağlı intihar etdiyi ehtimal edilir.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda tələbə qız özünü asdı
Bu gecə Bakının Binəqədi rayonunda gənc qızın asılmış meyiti tapılıb. BAKU.WS-in məlumatıan görə, Biləcəri qəsəbəsində yerləşən hərbi şəhərcikdə tapılan meyit...