Bakıda işsizlik üzündən özünü damdan atan tələbə qızın acı taleyi

Bakıda işsizlik üzündən özünü damdan atan tələbə qızın acı taleyi
Hadisə 4246

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

BAKU.WS-in lent.az saytına istinadən verdiyi məlumata görə, ötən gün axşam saatlarında gənc qız Nizami rayonu, Qara Qarayev prospekti, 74 ünvanındakı çoxmərtəbəli binanın damından özünü atıb. O, hadisə yerindəcə keçinib.

İlkin araşdırmalardan sonra intihar edən qızın 1993-cü il təvəllüdlü Həsənzadə Türkan Eldar qızı olduğu müəyyən edilib. Məlum olub ki, o, Tibb Universitetinin stomatologiya fakültəsinin tələbəsi olub.

Tibb Universitetinin Stomatologiya fakültəsinin 5-ci kurs tələbəsi olan 22 yaşlı Türkan Həsənzadə bir müddət imiş ki, iş axtarırmış. O, iş axtarma bürolarına stomatoloq köməkçisi vəzifəsinə vakansiya ilə bağlı dəfələrlə müraciət edib və 300-350 manatlıq işlə təmin olunmasını xahiş edib.

Bundan əvvəl isə o, özəl klinikalardan birində il yarım stomatoloq köməkçisi işləyib.

Bildirilir ki, T.Həsənzadə Şəki rayonunda anadan olub. Qara Qarayev prospektindəki binanın damına çıxaraq özünü atan tələbə qızın gödəkcəsi elə binanın damından tapılıb. Lakin intiharın səbəbini açıqlaya biləcək hər hansı açıqca və ya məktub aşkarlanmayıb. Faktlıa bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər