"Azəriqaz"ın işçisi özünü 10-cu mərtəbədən atdı
17
avq
2015
12:26
Bakıda intihar hadisəsi baş verib. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumatına görə, hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsi 126 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1964-cü il təvəllüdlü İqbal Kərtim oğlu Zeynalov 10-cu mərtəbədən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Nizami Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, intihar edən şəxs "Azəriqaz”da sürücü işləyirmiş. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. BAKU.WS
Oxşar xəbərlər
Qadın Təzə bazarda özünü niyə yandırıb?
Baş Prokurorluq dünən baş verən intihar hadisəsilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 13-də saat 19:30-...