Bakı bazarında qadın özünü yandırdı
Bakının Nəsimi rayonunda 36 yaşlı qadın özünü yandırıb.
Rayon Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, hadisə Səməd Vurğun küçəsi 73 ünvanında yerləşən "Mərkəzi Bazar" ərazisində qeydə alınıb.
Bazarın balıq sexi adlanan hissəsində 1979-cu il təvəllüdlü Xatirə İmanova özünü yandırıb. Qadın üstünə benzin töküb. Qadın dərhal alışıb və hadisə yerindəcə yanaraq ölüb. İlkin ehtimala görə, qadının pul ilə bağlı problemləri olub. Lakin hadisənin dəqqi səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq. Faktla bağlı cinayət işi başlanıb. İş müstəntiq Hafiz Əliyev tərəfindən aparılır. Araşdırmalara başlanılıb.
Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Lənkəranda evə bıçaqla basqın etdilər: 4 nəfər qanına qəltan edildi
Ötən gecə Lənkəranda 4 nəfər evində qanına qəltan edilib. Lənkəran şəhər polis şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, hadisə 1967-ci il təvəllüdlü Firdovs...