Mərkəzi Univermaqdan 50 minlik qızıl oğurlandı
13
avq
2015
13:35
Bakının Səbail rayonunda yerləşən Mərkəzi Univermaqdan oğurluq edilib. BAKU.WS-in Report-a istinadən verdiyi məlumata görə, həmin univermaqda qızıl alqı-satqısı ilə məşğul olan Vidadi Rəhimov satış üçün nəzərdə tutulan dəyəri 50 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat verib. İlkin araşdırmalar zamanı qızılların Vidadi Rəhimovun satıcısı Sevda Qəhrəmanova tərəfindən götürüldüyü məlum olub. Faktla bağlı Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin əməkdaşları araşdırmaları davam etdirir. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakıda evdən 58 min apardılar
Bakıda polis evlərin birindən külli miqdarda vəsait oğurlayan şəxsi yaxalayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, oğ...