Qadın Təzə bazarda özünü niyə yandırıb?
Baş Prokurorluq dünən baş verən intihar hadisəsilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 13-də saat 19:30-da paytaxtın Nəsimi rayonu, S.Vurğun küçəsi 73 saylı ünvanda yerləşən "Bakı Mərkəzi Bazar” MMC-yə məxsus bazarın ərazisində Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü İmanova Xatirə Nadir qızının üstünə neft məhlulu tökərək özünü yandırıb və orada vəfat edib. Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilir. İstintaqla müəyyən edilib ki, X.İmanova əvvəllər "Şəxsiyyətin isterik tipli pozuntusu özünü kəsmə və isterik tutmalar” diaqnozu ilə Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 2 №-li Kliniki Psixiatriya Xəstəxanasında stasionar müalicə almışdı. Hazırda ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakı bazarında qadın özünü yandırdı
Bakının Nəsimi rayonunda 36 yaşlı qadın özünü yandırıb. Rayon Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, hadisə Səməd Vurğun küçəsi 73 ünvanında yerləş...