Könül Xasıyeva keçmişindən danışdı: "Tələbə vaxtı yarıac, yarıtox..." (FOTO)

Könül Xasıyeva keçmişindən danışdı: Tələbə vaxtı yarıac, yarıtox... (FOTO)
Şou-biznes 3115

 

"Evdəkilərə salam" verilişinin budəfəki qonağı xalq artisti Könül Xasıyeva olub.

Gecce.az xəbər verir ki, Könül xanım həddi-buluğa çatan oğlu ilə kamera önünə keçib. Könül Xasıyeva keçmişindən danışıb. Tələbə vaxtı yarıac, yarıtox qaldığını bildirən xalq artisti bütün mücadilələrə baxmayaraq, sənətinə davam edib. Lakin məşhurluğun zirvəsində sənətdən gedib. 

Verilişin aparıcısı Aytəkin Mərdanova bildirib ki, bir neçə il öncə Bakıda baş verən zəlzələ Könül xanımın səhhətinə ciddi təsir edib:

"Könül Xasıyevanın zəlzələdən sonra vəziyyəti pisləşib, sənəti atıb Şəkiyə gedib. Uzun zamandan sonra həkiminin və qardaşının təkidi ilə Bakıya qayıdıb. Disk buraxandan sonra sənətə qayıdış edib. Könül xanım ailəsinə can yandırır. Övladını qardaş-bacı övladından ayırmır. Hamısını birgə oxudur, əyin-baş alır".

Çəkiliş zamanı Könül xanımın digər istedadı üzə çıxıb. O, qarmon və saz çalmaq məharətini göstərib. Ən yaxın sənət dostunun isə evində qonaq olan Zakir Əliyev olduğunu bildirib.

BAKU.WS

Oxşar xəbərlər

Müğənnilər toy qiymətləri ilə bağlı yayılan xəbərə etiraz etdilər (VİDEO)

Müğənnilər toy qiymətləri ilə bağlı yayılan xəbərə etiraz etdilər (VİDEO)

Şou-biznes nümayəndələri toy qiymətləri ilə bağlı mətbuatda yayılan məlumata etiraz ediblər. BAKU.WS məlumat verir ki, bu haqda müğənnilər "Xəzər xəbər”ə açıq...

2948 Şou-biznes 12:19 07 yanvar 2016

Son xəbərlər