Xalq artistimizin ayağını kəsdilər

Xalq artistimizin ayağını kəsdilər
Hadisə 4458

  Bu gün Azərbaycanın xalq artisti Muxtar Maniyevin ayağı amputasiya olunub. BAKU.WS-in məlumatına görə, xalq artisti Elmi Cərrahiyyə Mərkəzində əməliyyat olunub. Hazırda aktyor xəstəxananın reanimasiya şöbəsində müalicə alır. Muxtar Maniyevin həkimi Könül Kərimova BAKU.WS-ə açıqlamasında bildirib ki, əməliyyat uğurla keçib. "Əməliyyat uğurlu keçib. Onun baldırının aşağı hissəsi kəsilib. Şəkər xəstəsi olduğu üçün ayaqda qanqrena (çürümə-Z.S.) gedirdi. Hazırda Muxtar Maniyevin nəbzi yaxşı vurur. Təzyiqi normaldır”, - deyə Könül Kərimova bildirib. Qeyd edək ki, Azərbaycanın görkəmli kino aktyoru, Azərbaycanın xalq artisti Muxtar Maniyev 1935-ci ildə Bakıda doğulub. O, Azərbaycan kinolarının demək olar ki, bir çoxunda rol alıb. M. Maniyev avqustun 6-da xəstəxanaya yerləşdirilib.   Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda unikal əməliyyat (FOTO)

Azərbaycanda unikal əməliyyat (FOTO)

Bu gün Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasında Ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudov tərəfindən çox mürəkkəb bir...

1830 Şou-biznes 15:47 11 avqust 2015

Son xəbərlər