Könül Xasıyeva haqqında yayılan xərçəng xəstəliyi iddialarına CAVAB VERDİ(VİDEO)
Məşhur muğam ustası, xalq artisti Könül Xasıyeva səhhətində yaranan problemlə əlaqədar ATV-də yayımlanan 10-dan sonra verilişində açıqlama verib.
BAKU.WS xəbər verir ki, xalq artisti verilişdən jurnalistlərə və sayt rəhbərlərinə də müraciət edib. Haqqında yayılan dəri xərçəngi olmasına dair xəbərləri yalanlayan ustad sənətkar belə məlumatların yayılmasının onu və və ailəsini çox üzdüyünü bildirib.
"Hər şeydən əvvəl mənim yaşlı atam, anam oxuyur bu xəbərləri. Haqqımda dəri xərçəngi olduğuma dair xəbər yazılmışdı. Rayon yeridi anam şəkər xəstəsidi, təzyiqi də var çox çətin anlar yaşayıblar. Belə xəbərlər yazarkən diqqətli olsunlar".
Xalq artisti uzun illərdir səhhəti ilə bağlı müalicə aldğını və övladının xəstəliyi ilə əlaqədar müalicələrinə ara verdiyini bununda onun sağlamlığında yenidən problemlər yaratdığını əlavə edib. Son iki ildə bütün həyatını oğlunun sağalması üçün qurban verdiyi bildirib.
"Çox şükürlər olsun ki, böyük əziyyətlərdən sonra oğlum sağlamlığını yenidən qazandı. Həyatda hər şeyi qazanmaq olar, amma övladı heçnə əvəz etmir. Mən iki il müalicələrimə ara verdim. Bu da mənim səhhətimə ciddi təsir etdi. onurğamda problem yaranıb. Onurğam iflicdi. Çox güclü stress yaşayıram. Valideynin övladının itkisi qorxusu ilə yaşaması cümlələrə sığmayacaq bir şeydir".
Aynur.Ə
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanın xalq artisti iş adamına ərə gedir
Xalq artisti Aygün Bayramova subaylığın daşını atmaq niyyətindədir. BAKU.WS xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, 49 yaşlı muğam ifaçısının may...